Ələt-Qobustan mənzilində yolun əsaslı təmirinə başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələt-Qobustan mənzilində yolun əsaslı təmirinə başlanıldı

11:48 - 10 / 11 / 2015
Ələt-Qobustan mənzilində yolun əsaslı təmirinə başlanıldı

10 noyabr 2015-ci ildə  Ələt-Qobustan mənzilində 12 km yolun əsaslı təmirinə başlanılıb.

1news.az  “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinə istinadən xəbər verir ki, Azərbaycan dəmir dollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verildi. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Artıq Biləcəri stansiyasında 1,5 km uzunluğunda baş yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini yeni yaradılmış “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Paylaş:
1123

Son xəbərlər

Bütün xəbərlər