Marketdən MilliÖN aparatı oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Marketdən MilliÖN aparatı oğurlandı

05:06 - 11 / 11 / 2015
Marketdən  MilliÖN aparatı oğurlandı

Bakı şəhərində dəyəri 5 min manat olan MilliÖN ödəniş terminalı marketdən  aparılıb.

1 news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, paytaxt sakini, 1985-ci il təvəllüdlü Yarov Zaur Əmirxan oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus olan və A.Məmmədov küçəsində yerləşən "Zaur" marketdən oğurluq olub. Buradan MilliÖN ödəniş terminalı aparılıb.

Şikayətçi qeyd edib ki, gecə saatlarında, mağazanın bağlı olduğu vaxtda naməlum şəxs və ya şəxslər qapının dəmir barmaqlıqlarını kəsərək içəri daxil olub.

Oğurlanan ödəmə terminalının içində 300 manata yaxın pul olub.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş:
920

Son xəbərlər

Bütün xəbərlər