Təhsil Nazirliyi: Ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd alacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi: Ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd alacaq

17:11 - 11 / 11 / 2015
Təhsil Nazirliyi: Ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd alacaq

Azərbaycan prezidenti İlham Əliyevin  imzaladığı sərəncama görə artıq ödənişli əsaslarla təhsil alan tələbərin də təqaüd alması mümkün olacaq.

1news.az –ın verdiyi xəbərə görə bu haqda Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə 1-ci semestrin sonunda ödənişli yaxud ödənişsiz təhsil almasından asılı olmayaraq yüksək akademik nəticələr əldə etmiş bütün tələbələr müəyyən olunacaq.

“Birinci semestrin sonunda yüksək göstəriciləri olan və ödənişli təhsil alan tələbələr ikinci semestrda təqaüd ala biləcək”- deyə C.Valehov bildirib.

 “Prezidentin sərəncamı təhsilə olan marağı stimullaşdıracaq və tələbələr arasında rəqabətin artmasına imkan yaradacaq”.

C.Valehov eyni zamanda qeyd edib ki, ödənişsiz təhsil alan tələbələr də bundan sonra aldıqları təqaüdü itirməmək üçün yüksək nəticələr göstərməli olacaqlar.

Xatırladaq ki, daha əvvəl yalnız yüksək bal toplayaraq ödənişsiz əsaslarla ali məktəbə qəbul olan tələbələr  təqaüd alırdı.  Təhsil Nazirliyinin Nazirlər Kabinetinə müraciət edərək yeni qərarın növbəti ildə ali məktəblərə qəbul olunacaq tələbələrə də aid edilməsini təklif edib.

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər