Bakıda III Mövsüm Səyahət Yarmarkası keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda III Mövsüm Səyahət Yarmarkası keçiriləcək

10:51 - 12 / 11 / 2015
Bakıda III Mövsüm Səyahət Yarmarkası keçiriləcək

Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Yeni il turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə üçüncü “Mövsüm Səyahət Yarmarkası” təşkil olunacaq.

1news.az xəbər verir ki, 2015-ci ilin 14 noyabr tarixində Bakı şəhərində yerləşən “Park Bulvar” ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə keçiriləcək “III Mövsüm Səyahət Yarmarkası”nda 20-dən artıq turizm şirkətlərinin və mehmanxanaların stendlərində ziyarətçilərə Yeni il bayramı ilə bağlı xüsusi proqramlar təklif olunacaqdır.

Tədbir çərçivəsində ziyarətçilər müxtəlif müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkə daxili və xaricinə Yeni il turları da əldə edə biləcəklər.

 Bununla yanaşı, tədbir zamanı konsert proqramlarının nümayişi nəzərdə tutulub. Belə ki, ABŞ-dan jazz qrupunun ifası və məşhur müğənni Gabriel Stravelli və jazz triosunun (Jim Riedl piano, Patrick O'Leary bas, İordaniya Young zərb alətləri) çıxışı olacaqdır.

“III Mövsüm Səyahət Yarmarkası” saat 12:00-dan 20:00-dək fəaliyyətini davam etdirəcəkdir.

Paylaş:
1517

Son xəbərlər

Bakıda Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilibBu gün, 17:45Dini Komitənin sədri Şirvanda vətəndaşları qəbul edibBu gün, 17:42Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşübBu gün, 17:36Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:34Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:17Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 17:14İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 16:51RİNN və AİB Bakı metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcəkBu gün, 16:33Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılırBu gün, 16:25Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”Bu gün, 16:10Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİBBu gün, 16:03Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilibBu gün, 15:50Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşübBu gün, 15:48İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:39Dövlət başçısı Nepal Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 15:29İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 14:25Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildiBu gün, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTOBu gün, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTOBu gün, 13:45Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:35
Bütün xəbərlər