Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

17:05 - 12 / 11 / 2015
Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

BFB-də yanvar-oktyabr aylarında bağlanan əqdlərin ümumi həcmi 19% azalıb

Cari ilin yanvar-oktyabr ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 955,397 mln. manat təşkil edib.

1news.az Birjaya istinadən verdiyi xəbərə görə, bu da illik müqayisədə 19,1% azalma deməkdir.

Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 26,4 dəfə azalaraq 20,5 mln. manata enib. Pay bazarının həcmi isə 3 dəfədən çox azalaraq 276,1 mln. manat, borc alətləri bazarı 37,4% azalaraq 1,647 mlrd. manat olub.

Eyni zamanda, törəmə alətlər bazarı bu müddətdə 2,6 dəfə artaraq 5,893 mlrd. manat təşkil edib.

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər