Nazirin səlahiyyəti İltimas Məmmədova həvalə edildi
Müvəqqəti olaraq rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini İltimas Məmmədov icra edəcək.
1news.az-anazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edildikdən sonra bu səlahiyyət sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib və o, hazırda nazirin vəzifəsini icra edir.
Xatırladaq ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Sabiq nazirin MTN hadisələri ilə bağlı işdən çıxarıldığı bildirilir. Eyni zamanda nazirliyin daha 10 əməkdaşının həbs edildiyi də qeyd olunur.
1news.az
880