Gözdən əlillərə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gözdən əlillərə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib

14:43 - 13 / 11 / 2015
Gözdən əlillərə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib

Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib

1news.az-ın məlumatına görə, dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayevlə görüşüblər.

Şöbənin əməkdaşları Timur Balayevə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim ediblər. T.Balayev göstərilən diqqətə görə Komitənin əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə Qurani-Kərim çap edilib.

1news.az

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər