Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

09:45 - 13 / 11 / 2015
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

Bu gün  - noyabrın 13-ü dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur.

1news.az-ın məlumatına görə, bu tarix fransız pedaqoqu Valentin Qayuinnin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb.

1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.

Verilən məlumatlara görə, hazırda planetimizdə 250 milyona yaxın gözdən əlil insan var. Azərbaycanda isə 30 mindən çox görmə qüsurlu şəxsin olduğu bildirilir. Ümumilikdə ölkədə 420 min əlil var ki, onlardan 22,5 mini birinci qrup əlil, 8,5 mini isə gözdən əlildir.

2002-ci ildən etibarən hər il bu tarixdə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bir araya gəlib görmə qüsuru olan insanların problemlərinin həllinə çalışır.

Azərbaycan dövləti əlillərə böyük qayğı göstərir. Görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanların həyatını yaxşılaşdırmaq üçün bir sıra qanunlar və dövlət proqramları qəbul edilib.

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər