Bakıda transseksualın boğazını kəsdilər
Bakıda transseksual hücuma məruz qalıb.
1news.az-ın verdiyi xəbərə görə, hadisə metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib.
İlkin məlumata görə, bir nəfər naməlum şəxs başına qırmızı rəngli parik qoymuş İlqar Novruzovu fahişə qadın hesab edib və onunla müştəri kimi tanış olub. Onlar “Gənclik” metrostansiyasının yaxınlığındakı mənzillərdən birinə gediblər.
Ora çatdıqda müştəri qadın kimi qəbul etdiyi şəxsin əslində kişi olduğunu bilib. Bundan əsəbiləşən naməlum şəxs İlqar Novruzovun boğazına bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.
Dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yaralı orada əməliyyat olunub. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
1news.az