Tikinti materiallarının istehsalında artım olub
Bu ilin yanvar-oktyabr ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 22,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
1news.az –ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin müddətdə emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78,0 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı isə 2,1 faiz artıb.
1160