Azərbaycan tarı Budapeştdə səslənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan tarı Budapeştdə səslənir

14:50 - 11 / 11 / 2015
Azərbaycan tarı Budapeştdə səslənir

10 noyabrda Budapeştin Bela Bartok adına İncəsənət sarayında Azərbaycanın məşhur tarzəni Malik Mansurov, Macarıstanın Miskolç Simfonik Orkestri və məşhur Djabe caz qrupunun iştirakı ilə böyük konsert proqramı təşkil edilib.

1news.az –ın verdiyi xəbərə görə Djabe qrupu ilə azərbaycanlı tarzənin ənənəvi Bakı Caz Festivalından başlanan əməkdaşlığı artıq 10 ildir ki davam edir.

Yaranmasının 20 illiyini qeyd etməyə hazırlaşan qrupun CD disklərində Malik Mansurovun ifaları da öz əksini tapıb.

Qeyd edək ki, proqram ərzində Azərbaycanın tanınmış tarzəni, Respublikanın əməkdar artisti, Milli Konservatoriyanın İnstrumental Muğam kafedrasının müdiri Malik Mansurov xalq mahnılarımızı böyük ustalıqla səsləndirərək, Macarıstanın məşhur musiqiçiləri- Tamas Barabas, Attila Egerhazi, Szilard Banai, Zoltan Kovacs, Ferenc Kovacs, eləcə də, Miskolç Simfonik Orkestrinin 50 nəfərlik heyəti ilə birlikdə klassik musiqiləri tarda ifa edib.

Caz və klassik musiqinin sintezi, Azərbaycanın xalq mahnıları, Afrika musiqisi elementlərinin təqdim edildiyi konsertdə macar ictimaiyyəti nümayəndələri, yerli jurnalistlər, diaspora üzvləri, ümumilikdə, 300-dən çox qonaq iştirak etmiş və proqram böyük maraqla qarşılanmışdır.

Paylaş:
756

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıbBu gün, 17:58Gənc yazar dünyasını dəyişdiBu gün, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcəkBu gün, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunurBu gün, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTOBu gün, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20
Bütün xəbərlər