Bacısını qətlə yetirən tələbə qızın məhkəməsi başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bacısını qətlə yetirən tələbə qızın məhkəməsi başa çatıb

12:54 - 11 / 11 / 2015
Bacısını qətlə yetirən tələbə qızın məhkəməsi başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Eldar İsmayılovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə P. Nuriyevanın barəsində məcburi xarakterli tibbi tədbirlərin görülməsi haqqında qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, o,  1 saylı Psixiatriya Xəstəxanasına göndəriləcək.

Qeyd edək ki, ötən ilin oktyabrında paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyiti aşkarlanıb.

Hadisəni G. Nuriyevanın bacısı Pərvanə Nuriyevanın törətdiyi müəyyənləşib.

1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olub.

Paylaş:
923

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər