Elman Abdullayev Efiopiya Federasiyası və Xalq nümayəndələr Palatasının yeni seçilmiş sədrləri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Elman Abdullayev Efiopiya Federasiyası və Xalq nümayəndələr Palatasının yeni seçilmiş sədrləri ilə görüşüb

12:55 - 11 / 11 / 2015
Elman Abdullayev Efiopiya Federasiyası və Xalq nümayəndələr Palatasının yeni seçilmiş sədrləri ilə görüşüb

Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri Elman Abdullayev yeni seçilmiş Efiopiya Federasiyasının sədri cənab Yale Abate Reta və Xalq nümayəndələr Palatasının sədri cənab Abadula Gemeda ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən bildirilib ki, görüş zamanı E.Abdullayev Y.A.Retanı və A.Gemedanı bu vəzifələrə seçilmələri münasibətilə təbrik edərək, onlara yeni fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr Y.A.Reta və A.Gemeda səmimi təbriklərə görə səfir E.Abdullayevə təşəkkürlərini bildirdilər. Efiopiyalı rəsmilər Azərbaycan və Efiopiya arasında olan münasibətlərin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Görüş zamanı Efiopiyanın Xalq Nümayəndələr Palatasının sədri A.Gemeda 2013-cü ildə Azərbaycana səfər etdiyini qeyd edərək, ölkəmizdə sürətli inkişaf, sabitlik və yüksək tolerantlıq ənənələrinin şahidi olduğunu bildirdi. O, bütün bu nailiyyətlərin Azərbaycan rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasəti və qəti iradəsi nəticəsində əldə olunduğunu vurğuladı. A.Gemeda Azərbaycan hökumətinin ölkə miqyasında və regional səviyyədə inkişafın əldə olunmasında ardıcıl səylərinin təqidərlayiq olduğunu nəzərə çatdırıb.

Eyni zamanda görüşdə Azərbaycan və Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

1news.az

Paylaş:
669

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər