Mərkəzi Seçki Komissiyası bir seçki məntəqəsinin nəticəsini ləğv etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Seçki Komissiyası bir seçki məntəqəsinin nəticəsini ləğv etdi

09:28 - 11 / 11 / 2015
Mərkəzi Seçki Komissiyası bir seçki məntəqəsinin nəticəsini ləğv etdi

Noyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.

1news.az-ın verdiyi xəbərə görə,  əvvəlcə komissiyanın 2015-ci il noyabrın 5-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra isə 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Komissiya nəzdində fəaliyyət göstərən Ekspert qrupunun üzvü tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılaraq operativ şəkildə iclasa çıxarılmış müraciətlərlə bağlı müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, komissiya üzvlərinin müzakirəsindən sonra 35 saylı Xətai üçüncü seçki dairəsinin 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması qərara alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

1news.az

Paylaş:
989

Son xəbərlər

Bütün xəbərlər