Biləsuvar gömrük postunda əməliyyat: Həbs edilənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvar gömrük postunda əməliyyat: Həbs edilənlər var

15:17 - 12 / 11 / 2015
 Biləsuvar gömrük postunda əməliyyat: Həbs edilənlər var

İrandan gələn Azərbaycan vətəndaşı narkotiklə yaxalanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən Oxu.Az-a məlumat verilib. Əkbər Məmmədova məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 ml həcmində metadon məhlulu aşkarlanıb.

O, Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda saxlanılıb.

İrandan gələn digər Azərbaycan vətəndaşı Əhməd Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VİTAMİN C” sözləri yazılmış dərman qutusunda isə 99 ədəd həbdən ibarət metadon preparatı aşkar edilib.

Beləliklə, bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər