Konstantin Kosaçov: “G20 formatında Azərbaycan kimi iştirakçıların görünməsini alqışlayıram” | 1news.az | Xəbərlər
Siyasət

Konstantin Kosaçov: “G20 formatında Azərbaycan kimi iştirakçıların görünməsini alqışlayıram”

18:00 - 21 / 11 / 2015
Konstantin Kosaçov: “G20 formatında Azərbaycan kimi iştirakçıların görünməsini alqışlayıram”

“Azərbaycan Prezidenti İlham Əliyevə dərin hörmət bəsləyirəm və hesab edirəm ki o, həm öz ölkəsi üçün, həm də Rusiya ilə ikitərəfli münasibətlərin inkişafı üçün çox iş görür”.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu RF Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçov bu sözləri Rusiyanın “Vestnik Kavkaza” informasiya agentliyinin studiyasında deyib. Böyük İyirmiliyin (G20) bu yaxınlarda Antalyada keçirilmiş sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsini alqışladığını bildirən siyasətçinin fikrincə, G20 formatının siyasətinin maraqlı cəhəti ondan ibarətdir ki, o, “rəngarəng və çoxqütblü dünya fəlsəfəsinin tərəfdarı olan yeni-yeni iştirakçıların dəvət edilməsi hesabına öz tərkibini, formatını, konstruksiyasını dəyişə bilir”. O deyib: “Mən G20 formatında Azərbaycan kimi iştirakçıların görünməsini yalnız alqışlayıram”.

K.Kosaçov Azərbaycanda rus dilinə münasibət mövzusuna toxunaraq qeyd edib ki, o, 2012-2015-ci illərdə MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə Federal Agentliyin (“Rossotrudniçestvo”) rəhbəri kimi, keçmiş sovet respublikalarında dil siyasətini və müvafiq təhsil proqramlarını müqayisə etmək imkanına malik olub. Senator deyib: “Səmimi söyləyə bilərəm ki, Azərbaycan bu mənada fərqlənir. Azərbaycanda başa düşürlər ki, rus dili bu ölkənin vətəndaşları üçün, onun əhalisi üçün təhlükə deyil, əlavə rəqabət üstünlüyü, onların imkanlarını genişləndirən vasitədir. Bu, çox müdrik və uzaqgörən siyasətdir”

Paylaş:
534

Son xəbərlər

​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdi17 / 09 / 2024, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?17 / 09 / 2024, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır17 / 09 / 2024, 16:03Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq17 / 09 / 2024, 15:33Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib17 / 09 / 2024, 15:29Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar17 / 09 / 2024, 15:13Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir17 / 09 / 2024, 14:54“Rhenus Group” şirkəti COP29-un tərəfdaşı olacaq17 / 09 / 2024, 14:37Silah, nakotik satışı - Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb17 / 09 / 2024, 14:33Bu gün Səməd Səmədovun doğum günüdür17 / 09 / 2024, 14:29HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir - VİDEO17 / 09 / 2024, 14:06
Bütün xəbərlər