Hərbi qulluqçuların ailə üzvlərinə xidməti mənzillərin açarları təqdim olunub -FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi qulluqçuların ailə üzvlərinə xidməti mənzillərin açarları təqdim olunub -FOTO

11:11 - 20 / 11 / 2015
Hərbi qulluqçuların ailə üzvlərinə xidməti mənzillərin açarları təqdim olunub -FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən, növbəti aviabazada yeni inşa edilən iki yaşayış binasının noyabrın 19-da açılış mərasimi keçirilib.

1news.az Oxu.Az –a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, ümumilikdə üçotaqlı  100kv.m  mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Ərazidə yarımstansiya, su anbarı tikilib.

Binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb.

Yaşayış kompleksinin ərazisində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək deyib:

“Möhtərəm cənab Prezidentin tapşırığını yerinə yetirərək aviabazada yeni binaların tikilərək sizin istifadənizə verilməsi ailələrinizin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bir hissəsi və ümumilikdə Silahlı Qüvvələrdə hərbi qulluqçuların və onların ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır.

Ali Baş Komandanın diqqət və qayğısının, orduya verilən qiymətin təzahürüdür ki, qısa bir müddətdə inşa edilən yüz xidməti mənzilin açarları istifadənizə verilir.

Son iki ay ərzində artıq beşinci binadır ki, inşa edilərək istismara verilir. O cümlədən elə sizin də hərbi hissədə daha bir beşmərtəbəli binanın tikintisinin sona çatdırılması nəzərdə tutulur. Yeni ilədək 500-dən artıq ailəli hərbi qulluqçular isti, geniş, təmirli və tam təchiz olunmuş mənzillərdə yerləşdiriləcəklər.

Bundan əlavə, hazırkı vaxta kimi 1000-dək subay hərbi qulluqçu xidməti mənzillərlə təmin olunub.

Yaxın aylarda daha beş bina inşa ediləcək və ailəli hərbi qulluqçuların istifadəsinə veriləcəkdir. Yaxın vaxtlarda Gəncə şəhərində 490 hərbi qulluqçu daimi mənzillə təmin olunacaqdır. Bu işlər planlı surətdə davam etdirilir.

Digər istiqamətlərdə də fəaliyyətlərimiz genişləndirilir. Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlıq alınaraq silahlanmaya daxil edilir, hərbi şəhərciklərin ərazilərində hazırkı tələblərə cavab verən yeni infrastruktur yaradılır.

Görülən kompleks tədbirlər, hərbi sahəyə ayrılan maliyyə vəsaiti dövlətimiz, xalqımız və ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsidir.

Qısa dövr ərzində ordumuz düşmənə zərbələr vuraraq əsas istiqamətlərdə onu sarsıdıb. Haqq işimizi davam etdirəcəyik. Ərazilərimizin işğaldan azad edilməsində digər qoşun növləri ilə bərabər aparıcı qüvvə heç şübhəsiz ki, həm də Hərbi Hava Qüvvələridir.

Bu vəzifənin yerinə yetirilməsi bizim üzərimizə düşür. Əminəm ki, Azərbaycan əsgəri silahı gücünə xalqımızın və Prezidentin etimadını doğruldacaqdır.

Bir daha Sizi ürəkdən təbrik edir, yeni mənzillərinizdə xoşbəxtlik və firavanlıq arzulayıram”.

Mərasim iştirakçıları yaradılan şəraitdən məmnunluqlarını bildirərək göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq ediblər.

Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov və nazirliyin rəhbər heyəti yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət ediblər.

Paylaş:
590

Son xəbərlər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayacaqBu gün, 09:14AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:04​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdi17 / 09 / 2024, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?17 / 09 / 2024, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır17 / 09 / 2024, 16:03Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq17 / 09 / 2024, 15:33Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib17 / 09 / 2024, 15:29Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar17 / 09 / 2024, 15:13Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir17 / 09 / 2024, 14:54“Rhenus Group” şirkəti COP29-un tərəfdaşı olacaq17 / 09 / 2024, 14:37
Bütün xəbərlər