Dünya şöhrətli Azərbaycan müğənnisinin 100 illik yubileyi Vyanada qeyd edildi | 1news.az | Xəbərlər
Mədəniyyət

Dünya şöhrətli Azərbaycan müğənnisinin 100 illik yubileyi Vyanada qeyd edildi

10:31 - 25 / 10 / 2015
 Dünya şöhrətli Azərbaycan müğənnisinin 100 illik yubileyi Vyanada  qeyd edildi

Vyanada Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı musiqisevərlər və soydaşlarımız iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq, qonaqlara dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət mükafatları laureatı Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında məlumat verib. L.Qasımova Rəşid Behbudovun Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardan biri olduğunu deyib. Qeyd edilib ki, ecazkar səsə malik Rəşid Behbudov uzaq Hindistan, Latın Amerikası, Avropa və Asiyanın bir çox ölkələrində uğurlu qastrol səfərləri etmiş sənətçilərdən olub. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə tədbirlər təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da keçirilir.

Bildirilib ki, 20-ci əsrdə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, estrada musiqisinin simvolu, müstəsna və ecazkar səsə malik R. Behbudovun yaradıcılığında milli və xarici, Şərqlə Qərb, o cümlədən Avropa və Asiya musiqinin, uğurlu sintezi öz əksini tapıb.

Konsertdə dünya şöhrətli “La Skala” akademiyasının solisti, tenor Azər Rzazadə Rəşid Behbudovun repertuarına daxil olan unudulmaz mahnıları, eləcə də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Onu fortepianoda Azərbaycanın görkəmli pianoçusu, Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli müşayiət edib. Konsertdə F.Bədəlbəyli və beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev fortepianoda bir sıra əsərləri ifa ediblər.

Konsertdə Rəşid Behbudovun ifa etdiyi ən məşhur mahnılarından bir neçəsinin videogörüntüsü də nümayiş etdirilib.

Paylaş:
1023

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər