Yardımlı sahibkarları ilə işgüzar forum keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yardımlı sahibkarları ilə işgüzar forum keçirilib

11:54 - 14 / 11 / 2015
Yardımlı sahibkarları ilə işgüzar forum keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yardımlı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

1news.az-ın məlumatına görə, Fond noyabrın 11-də Yardımlı rayonunun Çay Üzü kəndində işgüzar forum keçirib.

Sahibkarlardan cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin), çörək, şirniyyat, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1news.az

 

Paylaş:
861

Son xəbərlər

Türkiyədə zəlzələ olub

04 / 01 / 2025, 12:52
Bütün xəbərlər