Bakı Ağ Şəhər ofis binası mükafata layiq görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Ağ Şəhər ofis binası mükafata layiq görülüb

15:02 - 01 / 12 / 2015
Bakı Ağ Şəhər ofis binası mükafata layiq görülüb

Ukraynanın paytaxtı Kiyevdə keçirilən Şərqi Avropa və Asiya Daşınmaz Əmlak Forumunda (Eastern Europe and Asia Real Estate Forum & Project Awards) Bakı Ağ Şəhər ofis binası ofislər kateqoriyasında Mükəmməllik sertifikatına layiq görülüb.

1news.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Ağ Şəhərin mətbuat xidmətindən bildirilib: “Forum Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Ukraynadan olan şirkətlər və təşkilatların iştirakı ilə reallaşdırılan kommersiya tipli daşınmaz əmlak bazarında unikal hadisədir”.

Daşınmaz Əmlak Forumunda ofis, pərakəndə və logistika əmlak layihələrinə investisiya imkanları barədə müzakirələr aparılır, təqdimatlar keçirilir və mükafatın qalibləri elan edilir.

Fəaliyyətinin birinci il dönümünü qeyd edən Bakı Ağ Şəhər ofis binası hələ layihələndirilmə mərhələsində bir sıra beynəlxalq və yerli mükafatların qalibi adını qazanıb.

Paylaş:
1047

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər