Bakı-Aktau istiqamətində bərələrin hərəkət cədvəli məlum oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Aktau istiqamətində bərələrin hərəkət cədvəli məlum oldu

16:16 - 01 / 12 / 2015
Bakı-Aktau istiqamətində bərələrin hərəkət cədvəli məlum oldu

Qazaxıstanın Aktau şəhərində yeni Logistik Mərkəzin istifadəyə verilib. Dekabrın 1-dən etibarən Bakı-Aktau və əks istiqamətdə təkərli texnika (yük maşınları, avtobuslar, sərnişin maşınları və s.) və dəmir yolu vaqonlarının daşınması üçün gəmi-bərələr təsdiq olunmuş mütəmadi qrafik üzrə hərəkət edəcəklər.

1news.az xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov deyib.

Onun sözlərinə görə, Bakı-Aktau istiqamətində təkərli texnika və dəmiryol vaqonlarını daşıyan gəmilər həftənin hər çərşənbə axşamı və cümə günləri saat 12:00-da, Aktau-Bakı istiqamətində isə çərşənbə və şənbə günləri saat 23:00-da yola düşəcəklər (hava şəraiti ilə əlaqədar qrafikdə məcburi dəyişikliklərin edilməsi zərurəti olduqda, öncədən xəbərdarlıq ediləcək).

Vüqar Sadıqov bildirib ki, zərurət yarandığı halda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC artan yük həcmlərinin daşınması məqsədi ilə, qrafik üzrə gəmi səfərlərinin sayını tələbata uyğun artıracaq.

Bakı-Aktau və Aktau-Bakı istiqamətində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından həyata keçirilir.

Bərə gəmilərinin səfərləri barədə, o cümlədən hava şəraitindən asılı olaraq gəmilərin limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar onlayn rejimdə QSC-nin veb-saytında mütəmadi olaraq yerləşdiriləcək.

 

Paylaş:
626

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər