Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar ucuzlaşaraq 41,59 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar azalaraq 44,25 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,81 dollar ucuzlaşaraq 45,21 dollar təşkil edib.
1news.az
680