Robert Sekuta: “Azərbaycan və ABŞ terrorçuluğa qarşı birlikdə mübarizə aparır”
ABŞ-ın Fransa və digər ölkələrlə terrorizmə qarşı birgə mübarizə aparmaq təcrübəsi var.
Bu sözləri 1news.az-a ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
Səfirin sözlərinə görə, BMT Baş Assambleyasının sentyabrda keçirilən iclası çərçivəsində ABŞ prezidenti Barak Obama zorakılıq və ekstremizmə qarşı mübarizəyə dair tədbir təşkil edib:
“Azərbaycan və ABŞ terrorçuluğa qarşı birlikdə mübarizə aparır. Bu sahədə əməkdaşlıq uğurla davam etdirilir. Antalyada keçirilən G20 sammitində əsas diqqət çəkən mövzulardan biri terrorizm, onun səbəbləri və birgə mübarizə olub”.
1news.az
552