Rusiya təyyarələri İdlib və Hələbdə hədəflərə 34 qanadlı raket atıblar- VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Rusiya təyyarələri İdlib və Hələbdə hədəflərə 34 qanadlı raket atıblar- VİDEO

09:14 - 18 / 11 / 2015
Rusiya təyyarələri  İdlib və Hələbdə hədəflərə 34 qanadlı raket atıblar- VİDEO

Rusiya Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı ilk dəfə strateji bombardımançılardan istifadə etməklə aviazərbələrin intensivliyini iki dəfə artırıb.

1news.az "Report"a istinadən  xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinə müdafiə naziri Sergey Şoyqu məruzə edib.

Çərşənbə axşamı Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bu yana ilk dəfə olaraq İŞİD-ə Uzaq aviasiya zərbə endirib.

Uzaq aviasiyanın komandanı Anatoli Jixaryevin məlumatına görə, Suriyada ilk olaraq "Tu-22M" bombardımançıları havaya qalxıb. 12 təyyarə, xüsusilə İŞİD-in istinadgahı hesab olunan Rakka əyalətindəki obyektlərə hücum edib. Ardınca strateji "Tu-95MS" və "Tu-160" təyyarələri yollanıblar. Onlar İdlib və Hələb əyalətlərindəki hədəflərə 34 qanadlı raket atıblar. Daha bir bombardıman dalğası birbaşa hərbçilərin prezidentə məruzə zamanı aparılıb.

Şoyqu qeyd edib ki, Rusiya aviasiyası bundan sonra da İŞİD-ə kütləvi zərbələri davam etdirəcək. "Gücümüz və vasitələrimiz kifayət qədərdir", - deyə o prezidenti əmin edib.

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər