Azərbaycan Beynəlxalq Bankı zavoddan borcu tələb etdi
Bank zavod qarşısında borcun tutulması barədə iddia qaldırıb
1news.az “Report”a istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) B.Sərdarov adına Maşınqayırma Zavodunu məhkəməyə verib. Bank zavod qarşısında borcun tutulması barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti geri qaytarıb.
İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.
803