ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistanı atəşkəs rejiminə sadiq qalmağa çağırır | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistanı atəşkəs rejiminə sadiq qalmağa çağırır

11:17 - 10 / 12 / 2015
ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistanı atəşkəs rejiminə sadiq qalmağa çağırır

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələrdə ölən və xəsarət alan insanların ailələrinə dərin kədərimizi çatdırıram. Gərginliyin artması və ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və biz tərəfləri atəşkəs rejiminə ciddi şəkildə sadiq qalmağa çağırırıq.

 Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ənənəvi mətbuat konfransında deyib:

"Biz tərəfləri ciddi şəkildə atəşkəs rejiminə əməl etməyə çağırırıq. Xatırlatmaq istəyirik ki, bu hücumlar Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə götürdükləri öhdəliyə uyğun gəlmir. Bu ilin sonuna kimi ATӘT-in Minsk qrupu həmsədrləri prezidentlər arasında növbəti görüş keçirməyi planlaşdırırlar. Biz tərəfləri zorakılıqdan çəkinmək və sammitin baş tutması üçün danışıqlar atmosferini inkişaf etdirmək sahəsində bütün addımları atmağa çağırırıq".

Rusiya ilə Türkiyə arasında gərginlik

Con Kirbi Rusiya ilə Türkiyə arasında baş verən qalmaqalın Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxara biləcəyi haqda suala cavab olaraq deyib ki, onlar mənbənin haradan gəlməsindən asılı olmayaraq eskalasiyanın özündən narahatdır:

"Hər iki hadisədə biz gərginliyin aradan qaldırılmasının və soyuq başla düşünmənin tərəfdarıyıq. Biz zorakılıq hallarından narahatıq. Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında münasibətləri monitorinq edəcək və izləyəcəyik. Biz gərginliyin aradan qaldırılmasını istəyirik". 

1news.az

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər