Ümummilli lider Heydər Əliyevin xatirəsi Parisdə də anılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ümummilli lider Heydər Əliyevin xatirəsi Parisdə də anılıb - FOTO

04:35 - 12 / 12 / 2015
 Ümummilli lider Heydər Əliyevin xatirəsi Parisdə də anılıb - FOTO

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.

Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Elçin Əmirbəyov müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. Səfir bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu və keçmiş SSRİ-də yüksək vəzifədə çalışdığı dövrdə ölkənin inkişafı üçün böyük işlər görüb. Ulu Öndər siyasi hakimiyyətə yenidən gəlişi ilə ölkəmizi inkişaf yoluna çıxararaq Azərbaycanın bərpa edilən müstəqilliyinin möhkəmləndirilməsində və qorunub saxlanmasında əvəzsiz xidmətlər göstərib.

Qeyd olunub ki, dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici siyasəti müəyyənləşdirilib, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə əlaqələr qurulub, iqtisadiyyatımız dirçəlib. Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünya dövlətləri arasında öz yerini və nüfuzunu möhkəmləndirib.

Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı keçmiş səfiri Jan Perren səfir olduğu dövrdə Ulu Öndərlə görüşlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar edilib, “Əsrin müqaviləsi” imzalanıb və iqtisadi, sosial inkişaf təmin olunub.

AZƏRTAC

Paylaş:
776

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər