ABŞ prezidenti İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ prezidenti İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib

15:55 - 06 / 01 / 2016
ABŞ prezidenti İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib

ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtonda keçiləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov şəxsi Twitter səhifəsində yazıb.

Dəvətlə bağlı Prezident Obama 3 dekabr 2015-ci il tarixində dövlətimizin başçısına məktub göndərib.

Məktubda Barak Obama Azərbaycan Prezidentini bu il Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etyini bildirilməklə yanaşı, ABŞ prezidentinin bir sıra fikirləri də yer alıb:

“Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”.

Qeyd edək ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart - 1 aprel tarixlərində ABŞ-ın paytaxtında keçiriləcək.

1news.az

Paylaş:
1414

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər