Arda Turan bu gün “Barselona”nın heyətində debüt edə bilər | 1news.az | Xəbərlər
İdman

Arda Turan bu gün “Barselona”nın heyətində debüt edə bilər

11:35 - 06 / 01 / 2016
Arda Turan bu gün “Barselona”nın heyətində debüt edə bilər

Bu gün İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk görüşlərinə start veriləcək.

1news.az-ın məlumatına görə, azarkeşlər ilk oyun günündə 6 qarşılaşmaya şahidlik edəcəklər.

Kataloniya və Əndəlus derbiləri xüsusi maraq doğurur. Günün ən çox gözlənilən qarşılaşması isə “Barselona” ilə “Espanyol” arasında olacaq.

Ötən sezon “Barselona”ya transfer edilən, lakin hələ ki, rəsmi matçda forma geyinə bilməyən türkiyəli futbolçu Arda Turan bu gün komandasının heyətində ilk rəsmi oyununa çıxa bilər.

Sabah isə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.

İspaniya Kral Kuboku

1/8 final mərhələsi, ilk oyunlar

6 yanvar

15:00. “Atletik” – “Vilyareal”

19:00. “Mirandes” – “Deportivo”

19:00. “Valensiya” – “Qranada”

21:15. “Betis” – “Sevilya”

23:30. “Barselona” – “Espanyol”

01:05. “Rayo Valyekano” – Atletiko”

7 yanvar

23:30. “Kadiz” – “Selta”

23:30. “Eybar” – “Las Palmas”

Qeyd edək ki, bu mərhələnin cavab oyunları yanvarın 13-də keçiriləcək.

1news.az

Paylaş:
938

Son xəbərlər

Bütün xəbərlər