Cəlilabadda 4 otaqlı evdə yanğın olub | 1news.az | Xəbərlər
Siyasət

Cəlilabadda 4 otaqlı evdə yanğın olub

09:22 - 12 / 01 / 2016
Cəlilabadda 4 otaqlı evdə yanğın olub

Cəlilabad rayonu, Əlıqasımlı kəndində vətəndaşa məxsus 150 kv.m olan birmərtəbəli 4 otaqlı evdə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində evin 1 otağının tavanı 20 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
670

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər