“Azərreyl” komandası “Gənclik” klubuna qalib gələrək turnirin birincisi oldu | 1news.az | Xəbərlər
İdman

“Azərreyl” komandası “Gənclik” klubuna qalib gələrək turnirin birincisi oldu

23:44 - 13 / 01 / 2016
“Azərreyl” komandası “Gənclik” klubuna qalib gələrək turnirin birincisi oldu

Yanvarın 13-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XV turu çərçivəsində bir oyun keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Gənclik” klubu ilə qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Azərreyl” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabındakı xalların sayını 22-yə çatdıran “Azərreyl” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Telekom” komandası 20 xalla ikinci, “Lokomotiv” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

1news.az 

Paylaş:
1280

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər