Polşada Avropa Oyunlarına həsr olunmuş foto-albom nəşr olunub | 1news.az | Xəbərlər
İdman

Polşada Avropa Oyunlarına həsr olunmuş foto-albom nəşr olunub

20:57 - 14 / 01 / 2016
Polşada Avropa Oyunlarına həsr olunmuş foto-albom nəşr olunub

Polşada “Bakı 2015” ilk Avropa Oyunlarına həsr olunmuş foto-albom nəşr edilib.

Azərbaycanın Polşadakı səfirliyindən 1news.az-a verilən məlumatına görə, Polşa Olimpiya Komitəsində təşkil olunan Olimpiya Ailəsinin Yeni il görüşü zamanı Komitə sədri Andjey Kraşnitskinin təşəbbüsü ilə ərsəyə gələn foto-albomun təqdimatı keçirilib.

Qeyd edək ki, albomda Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərini, yüksək standartlara cavab verən idman obyektlərini, İçəri Şəhəri, Qız Qalasını, Alov Qüllələrini, Bakının küçələrini, neft mədənlərini və Azərbaycan xalçalarını əks etdirən foto-şəkillər öz əksini tapıb.

Albomda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, “Bakı 2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də foto-şəkilləri yer alıb.

İlk Avropa Oyunlarının xoş anlarını, oyunlara hazırlığı, polşalı idmançıların nəaliyyətlərini və Bakı şəhərinin füsunkarlığını əks etdirən yüzlərlə foto-şəkillə yanaşı albomda eyni zamanda hər bir foto-şəklə dair şərh də qeyd olunub.

1news.az

 

Paylaş:
1009

Son xəbərlər

Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38
Bütün xəbərlər