Azərbaycan yığmasının üzvü Bolqarıstanda çempion oldu | 1news.az | Xəbərlər
İdman

Azərbaycan yığmasının üzvü Bolqarıstanda çempion oldu

12:55 - 15 / 01 / 2016
Azərbaycan yığmasının üzvü Bolqarıstanda çempion oldu

Güləş üzrə Azərbaycan yığmasının üzvü Elis Manolova Bolqarıstan çempionatının qalibi olub.

1news.az-ın “Trud” saytına istinadən verdiyi xəbərə görə, tanınmış güləşçi Stanki Zlatevanın yoxluğunda uğurla çıxış edən Manolova 75 kq çəki dərəcəsində keçirdiyi 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, beynəlxalq arenalarda ölkəmizi təmsil etsə də, Bolqarıstan çempionatının reqlamenti ona öz ölkəsində yarışmasına qadağa qoymayıb.

1news.az

Paylaş:
1631

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər