Türkiyə, Gürcüstan və Azərbaycanın gömrük orqanlarının iştirakı ilə üçtərəfli mexanizm yaradılır | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə, Gürcüstan və Azərbaycanın gömrük orqanlarının iştirakı ilə üçtərəfli mexanizm yaradılır

10:10 - 27 / 01 / 2016
Türkiyə, Gürcüstan və Azərbaycanın gömrük orqanlarının iştirakı ilə üçtərəfli mexanizm yaradılır

“Türkiyə, Gürcüstan və Azərbaycanın gömrük orqanlarının rəhbərlərinin iştirakı ilə üçtərəfli mexanizm yaradılması haqda qərar verilib”.

1news.az-ın Haberler.com-a istinadla verdiyi xəbər görə, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi Gürcüstanın maliyyə naziri Nodar Haduri ilə görüşü zamanı bəyan edib. 

Tüfekçinin sözlərinə görə, Gürcüstanla Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük prosedurunun sadələşdirilməsi sahəsində vahid fikrə gəliblər.

Türkiyəli nazir eyni zamanda onu da bildirdi ki, elektron təkərli texnika layihəsi (E-TIR) üzrə razılaşmalar bitib. Bu razılaşma sayəsində Gürcüstan-Türkiyə sərhədində yük maşınlarının hərəkəti asanlaşacaq.

1news.az

Paylaş:
810

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər