Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyətini qəbul edib

10:57 - 28 / 01 / 2016
Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyətini qəbul edib

Görüşdə ECO ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edildi və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, energetika, xüsusən də elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində geniş imkanların olduğunu diqqətə çatdırdı. Üzv dövlətləri birləşdirəcək nəqliyyat infrastrukturlarının inkişafının faydalı olacağını qeyd edən nazir Elmar Məmmədyarov Qəzvin-Rəşt-Astara-Astara və Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin region üçün xüsusi əhəmiyyətini vurğuladı.

İlk rəsmi səfərini Azərbaycana etdiyini deyən Xəlil İbrahim Axça, başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi və ECO-nun ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. Baş katib həmçinin, müstəqil tədqiqat mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, eləcə də ECO katibliyi ilə təşkilata üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
653

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər