Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərini tənqid etdi | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərini tənqid etdi

22:49 - 02 / 02 / 2016
Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərini tənqid etdi

Azərbaycan tərəfi Minsk qrupunun həmsədrlərinin işindən narazıdır. Neçə ildir ki, onlar öz fəaliyyətləri ilə bağlı heç bir irəliləyişə nail olmayıblar.

1news.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yunanıstanlı həmkarı Nikos Kotziasla görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib:

“Məlum olduğu kimi, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Minsk qrupu ölkələri tələb etməlidirlər ki, Ermənistan tərəfi bu qətnamələri yerinə yetirsin. Biz Azərbaycanın ərazi bütövlüyününü bərpasını tələb edirik. Həmsədrlər bu yöndə öz səylərini gücləndirməlidirlər”.

Nazir həmsədr ölkələrin XİN rəhbərlərinə etiraz məktubu ünvanladıqlarını da diqqətə çatdırıb:

“Həmsədrlərin Strasburqa ünvanladığı məktub çox gülüncdür. Mən hər üç ölkənin XİN-nə etiraz məktubu göndərdim. Bildirdim ki, Dağlıq Qarabağla bağlı hansı məsələni qaldırmaq istəyiriksə, bu bizim öz işimizdir. Buna müdaxilə edə bilməzlər. Onlar Avropa deputatlarına təzyiq göstərə bilməzlər. Bu məntiqsizlikdir”.

Nazir həmsədrlərlə görüş barədə heç bir yeni məlumatın olmadığını deyib:

“Bu şəkildə belə hərəkət edib Strasburqa məktub göndəriblərsə, düşünmürəm ki, görüş olsun”.

1news.az

Paylaş:
732

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər