GUAM-ın baş katibi Milli Məclisdə olub | 1news.az | Xəbərlər
Siyasət

GUAM-ın baş katibi Milli Məclisdə olub

19:57 - 09 / 02 / 2016
GUAM-ın baş katibi Milli Məclisdə olub

Bu gün Milli Məclisdə GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüş keçirilib.

1news.az-ın parlamentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, GUAM PA-nın sədri Azər Kərimli ilə görüşdə Azərbaycanın 2016-cı ildə GUAM-a sədrlik etdiyi dövrdə qarşıda duran vəzifələr müzakirə olunub.

Bildirilib ki, hazırkı geosiyasi vəziyyət Azərbaycanın bu qurumdakı rolunu daha da artırıb. 2016-cı ildə qurumda əsas diqqət iqtisadi layihələrə veriləcək, investisiya, ticarət, turizm, nəqliyyat və tranzit potensialından səmərəli istifadə olunması, münaqişələrin həllinə dair məsələlər önə çəkiləcək.

Söhbət zamanı GUAM Parlament Assambleyasının Baltik Assambleyası və digər beynəlxalq və regional parlament qurumaları ilə əməkdaşlığı, qurumun avrointeqrasiya siyasəti barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, GUAM PA çərçivəsində konkret problemlərin həllində parlamentlərin böyük rolu ola bilər və bunun üçün lazımi potensial da mövcuddur.

Görüşdə Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Əli Məsimli və digər rəsmi şəxslər iştirak ediblər.

1news.az

 

Paylaş:
547

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər