Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb – FOTO

18:24 - 12 / 02 / 2016
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb – FOTO

Fevral 11-də Polşanın paytaxtı Varşavada yeni diaspor təşkilatı təsis edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Varşava Texnik Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Polşadakı səfirliyinin nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.

 Yaradılma ideyası tədbir iştirakçıları tərəfindən irəli sürülən bu təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb. Daha sonra Şuraya sədr seçmək üçün səsvermə keçirilib və nəticədə əvvəllər də Polşada geniş diaspor fəaliyyəti ilə məşgul olan gənc azərbaycanlı tələbə Nail Əhməd sədr seçilib. Yaradılmış Gənclər Şurasının strukturu müəyyənləşdirilib,  Rəsul Mammadov və  Nəsib İbrahimov müavin seçilib.

Daha sonra tədbir iştirakçıları çıxış edib, fikir mübadiləsi aparıblar. Yeni yaranmış Gənclər Şurasının Diasporla İş Üzrə Dövlət Komitəsi ilə, eləcə də Azərbaycan Respublikasının  Polşadakı səfirliyi ilə sıx əməkdaşlıq edəcəyi vurğulanıb.

1news.az

 

Paylaş:
1004

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər