Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri 5-7 nəfər itki verib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri 5-7 nəfər itki verib

10:19 - 12 / 02 / 2016
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri 5-7 nəfər itki verib

Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Bu haqda 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib:

“İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib. Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.

1news.az

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər