Faiq Bağırov: “Ankarada terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Faiq Bağırov: “Ankarada terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur”

09:46 - 18 / 02 / 2016
Faiq Bağırov: “Ankarada terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur”

Fevralın 17-də Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb, 61 nəfər isə xəsarət alıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirib ki, törədilmiş terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur.

Araşdırmaların davam etdirilməsi məqsədilə səfirlikdə operativ qrup fəaliyyət göstərir.

1news.az

Paylaş:
3345

Son xəbərlər

Bütün xəbərlər