İran səfiri: “Azərbaycan və İran Suriya münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir” | 1news.az | Xəbərlər
Siyasət

İran səfiri: “Azərbaycan və İran Suriya münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”

14:44 - 25 / 02 / 2016
İran səfiri: “Azərbaycan və İran Suriya münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”

23 fevral tarixində Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı iqtisadi məsələlərlə yanaşı regional və siyasi məsələlər də müzakirə olunub.

1news.az xəbər verir ki, bu haqda jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün  Pakayin məlumat verib.

“Görüş zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi ifadə olunub” deyən səfirin sözlərinə görə, İran səfəri zamanı  Suriya məsələsi də müzakirə obyekti olub.

“Tərəflərin qeyd etdiyinə görə, terrorizm bütövlükdə region üçün ciddi problemdir, həmçinin region problemləri sülh yolu ilə həll olunmalıdır”,- səfir bildirib.

Diplomat qeyd edib ki, Suriya məsələsi ilə əlaqədar Azərbaycan Respublikası və İran belə hesab edir ki, münaqişə sülh yolu ilə həll olunmalı, ölkənin gələcəyini isə Suriya xalqı müəyyən etməlidir.

Xatırladaq ki, bazar ertəsi Rusiya və ABŞ Suriyada hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanat yayıb. Rusiya və ABŞ Suriyada 27 fevral tarixindən atəşkəs elan etməyi təklif edib.

1news.az

 

Paylaş:
680

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər