“Lokomotiv” - “Fənərbaxça” oyununu 2 min polis qoruyacaq | 1news.az | Xəbərlər
Futbol

“Lokomotiv” - “Fənərbaxça” oyununu 2 min polis qoruyacaq

11:44 - 25 / 02 / 2016
“Lokomotiv” - “Fənərbaxça” oyununu 2 min polis qoruyacaq

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyunlar keçiriləcək.

1news.az-ın məlumatına görə, ən maraqla gözlənilən qarşılaşmalardan biri Moskvada baş tutacaq. Yerli “Lokomotiv” klubu ilk görüşdə 0:2 hesabı ilə uduzduğu “Fənərbaxça”nı qonaq edəcək.

Bakı vaxtı ilə saat 20:00-da start veriləcək qarşılaşma prinsipiallığı ilə diqqət mərkəzindədir. Türkiyə və Rusiya arasındakı siyasi gərginliyin fonunda ötən oyun rusların yarımmüdafiəçisi Dmitri Tarasovun “mayka” skandalı ilə daha artan həyəcan oyuna marağı daha da artırır.

Bunu nəzərə alan Moskva polisi prinsipial oyunda təhlükəsizliyi təmin etmək üçün tədbirlər görür. Belə ki, “İnterfaks”ın məlumatına görə, oyun zamanı asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması üçün iki minə yaxın polis əməkdaşı, daxili qoşunların hərbçiləri və mühafizə təşkilatlarının əməkdaşları cəlb ediləcək.

Bundan başqa matça idman tədbirlərində qaydalara riayətin təmin edilməsində təcrübəyə malik dörd türk polisindən ibarət heyət gələcək.

1news.az

Paylaş:
646

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər