Azərbaycan taekvondoçusu beynəlxalq turnirin qalibi olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan taekvondoçusu beynəlxalq turnirin qalibi olub

00:09 - 26 / 02 / 2016
Azərbaycan taekvondoçusu beynəlxalq turnirin qalibi olub

Cari ilin yanvarında “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycan taekvondoçusu Fəridə Əzizova daha bir yarışın qalibi olub.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan milli komandasının üzvü fevralın 23-25-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Əmirliyində təşkil edilmiş “G2” kateqoriyalı “Fuceyra Open-2016” beynəlxalq turnirində 67 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

1news.az

 

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər