Karateçilərimiz beynəlxalq turnirdən 12 medalla dönürlər | 1news.az | Xəbərlər
İdman

Karateçilərimiz beynəlxalq turnirdən 12 medalla dönürlər

22:21 - 28 / 03 / 2016
Karateçilərimiz beynəlxalq turnirdən 12 medalla dönürlər

Türkiyədən ənənəvi “Boğaziçi Açık” beynəlxalq karate turniri başa çatıb.

1news.az-ın məlumatına görə, İstanbulun Aslı Çakır Alptekin Atletizm Salonunda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər arasında 29-cu dəfə keçirilən və ümumi mükafat fondu 82 min dollar olan nüfuzlu yarışda 28 ölkədən 780 idmançı iştirak edib. 

Karateçilərimiz yarışda ikisi qızıl, üçü gümüş, yeddisi isə bürünc olmaqla 12 medal qzanıblar.

Fərdi yarşlarda Tural Ağalarzadə (-67 kq), Samir Məmmədov (-75 kq) mötəbər turnirin qalibi olublar. Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Neda Rezai (kata) gümüş medallara sahib olublar. Bürünc mükafatları isə Müseyib Məmmədov (yeniyetmələr -52 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), həmçinin  Nuranə Əliyeva (-50 kq), və Fəridə Əliyeva (+68 kq) qazanıb.

Komanda yarışlarına da qatılan idmançılarımızdan Nuranə Əliyeva, Fəridə Abiyeva və Fəridə Əliyevadan ibarət heyət, eləcə də Pənah Abdullayev, Rafiz Həsənov, Şahin Atamov, Əli Cəfərov, Asiman Qurbanlı və Tural Ələkbərlidən ibarət komanda 3-cü yeri tutub. 

Qeyd edək ki, mayın əvvəlində Fransada Avropa çempionatına hazırlaşan böyüklərdən ibarət milli komandamızın bir sıra üzvlərini aprelin əvvəlində Dubayda daha nüfuzlu Premyer Liqa turniri gözləyir.

1news.az

 

Paylaş:
645

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər