Millimiz son oyununda Belarus yığmasına məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

Millimiz son oyununda Belarus yığmasına məğlub oldu

23:46 - 28 / 03 / 2016
Millimiz son oyununda Belarus yığmasına məğlub oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün son oyununu keçirib.

1news.az-ın məlumatına görə, Belarus komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu penalti zərbəsindən Kamran Quliyev vurub.

Xatırladaq ki, futbolçularımız turnirin ilk oyununda Lixtenşteyn yığmasına 8:0 hesabı ilə qalib gəlmiş, ikinci qarşılaşmada isə Malta komandasına məğlub olmuşdu – 0:3.

Yığmamız turniri 3-cü pillədə başa vurub.

1news.az

 

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər