Polşa futbol komandasının qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub | 1news.az | Xəbərlər
Futbol

Polşa futbol komandasının qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub

19:10 - 30 / 03 / 2016
Polşa futbol komandasının qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub

Polşanın 3-cü liqasında çıxış edən "Volçanka" futbol komandası faciəvi avtomobil qəzası keçirib.

1news.az məlumatına görə, "Avil Svidnik"lə oyuna yollanan komandanın avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə 5 futbolçu həyatını itirib. Bunlar 28 yaşlı Rafal Pıdıx, 23 yaşlı Kamil Pıdıx, 19 yaşlı Patrik Şveçak, 25 yaşlı Mariuş Korzepa və 29 yaşlı Kamil Oşlizlodur. Oyunçulardan 3-ü hadisə yerindəcə, 2-si xəstəxanada keçinib.

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar Polşa və Finlandiya yığmaları arasındakı yoldaşlıq görüşü birdəqiqəlik sükutla başlayıb. 

1news.az

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər