Təmsilçimiz Avropa məktəbli turnirində çıxış edəcək | 1news.az | Xəbərlər
Futbol

Təmsilçimiz Avropa məktəbli turnirində çıxış edəcək

21:39 - 31 / 03 / 2016
Təmsilçimiz Avropa məktəbli turnirində çıxış edəcək

Mayın 29-dan iyunun 5-dək Fransanın Lans və Lill şəhərlərində təşkil olunacaq Avropa məktəbli turnirinin püşkatma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, turnirdə 22 ölkənin komandası çıxış edəcək. Azərbaycanı turnirdə “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbinin komandası təmsil edəcək.

Təmsilçimiz A qrupunda Türkiyə, İngiltərə, Bolqarıstan, Fransa və Hollandiya komandaları ilə mübarizə aparacaq.

1news.az

 

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər