Qadın güləşçilər Avropa çempionatında mübarizəyə qoşulur | 1news.az | Xəbərlər
İdman

Qadın güləşçilər Avropa çempionatında mübarizəyə qoşulur

12:19 - 31 / 03 / 2016
Qadın güləşçilər Avropa çempionatında mübarizəyə qoşulur

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

1news.az-ın məlumatına görə, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıb. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub. 

Çempionatın üçüncü günündə qadın güləşçilərin mübarizəsi başlayıb. Bu gün 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadınlar xalça üzərinə çıxır.

48 kq

1/4 final - Anna Pavliv - Liana Almeeva (GEO) / Silje Knutsen Kippernes (NOR)

55 kq
1/4 final - Olena Kremzer (UKR) - Almaz İsmayılova 

60 kq
1/4 final - Tatyana Omelçenko - Therese Lina Persson (SWE)

69 kq
1/4 final - Elis Manolova - Natalia İvona Strzalka (POL)

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Yarışları aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/u23-european-championship-0

1news.az

Paylaş:
697

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər