"İnter” klubu Avrokuboklardan kənarlaşdırılıb | 1news.az | Xəbərlər
Futbol

"İnter” klubu Avrokuboklardan kənarlaşdırılıb

00:49 - 31 / 03 / 2016
"İnter” klubu Avrokuboklardan kənarlaşdırılıb

Bakının "İnter” klubu UEFA-nın sanksiyasına məruz qalıb.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "bankirlər” növbəti üç Avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.

Bununla bağlı qərar qəbul edən UEFA CFCB-nin İstintaq Palatası 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayıb. Qərara əsasən, "İnter” apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. Bakı klubu bu hüquqdan istifadə etmək niyyətindədir.

Qeyd edək ki, "İnter" bir sıra legionerlərə borclu olduğundan, barəsində qitə futbol qurumu ciddi ölçü götürüb.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər