Voleybol üzrə Azərbaycan Super Liqası yarışlarının finalçıları məlum oldu | 1news.az | Xəbərlər
İdman

Voleybol üzrə Azərbaycan Super Liqası yarışlarının finalçıları məlum oldu

12:52 - 31 / 03 / 2016
Voleybol üzrə Azərbaycan Super Liqası yarışlarının finalçıları məlum oldu

Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının finalçıları müəyyənləşib.

1news.az-ın məlumatına görə, Bakı İdman Sarayında “Azəryol” və “Azərreyl” komandaları arasında üçüncü yarımfinal oyunu təşkil olunub.

Belə ki, əvvəlki iki görüşdə komandalar hərəyə bir dəfə qələbə qazandığı üçün finala vəsiqə qazanan komanda üçüncü oyunda bəlli olub.

Üçüncü oyunda “Azərreyl” komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, qızıl medal uğrunda “Azərreyl” komandası “Telekom” ilə qarşılaşacaq. Üçüncü yer uğrunda isə “Azəryol” klubu “Lokomotiv” ilə üz-üzə gələcək.

1news.az

Paylaş:
918

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər